AZ

İngiltərə millisinə müvəqqəti baş məşqçi TƏYİN EDİLDİ

Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi bəlli olub.

 

Sfera.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Yığma U-21-in baş məşqçisi Li Karsliyə tapşırılıb. 50 yaşlı mütəxəssis sentyabrda komandanı UEFA Millətlər Liqasındakı matçlara çıxaracaq.

 

Sentyabrın 7-də İrlandiyanın qonağı olacaq yığma üç gün sonra Finlandiyanı qəbul edəcək.

 

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalında İspaniyaya uduzduqları (1:2) matçdan sonra postundan ayrılıb.

Seçilən
21
11
sfera.az

10Mənbələr