AZ

"Mançester Yunayted"i "Vest Hem"ə dəyişir

"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka Premyer Liqada klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Vest Hem"in 26 yaşlı futbolçunun transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqları davam etdirdiyini və tərəflərin əl sıxmağa yaxın olduğunu qeyd edib.

Van-Bissaka 2019-cu ildən "qırmızı şeytanlar"da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün turnirlər daxil olmaqla 30 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Seçilən
49
4
90deqiqe.az

10Mənbələr