AZ

Ayxan Abbasov: "Həvəsdən düşməli deyilik"

"Şamaxı" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bərabərliyə gedirdi. Yüz faizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidir. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidir. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram.

- Çatışmayan cəhətləriniz nədir?

- Çatışmazlıqlar çoxdur, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. "Araz-Naxçıvan"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdır. Çatışmazlıqlar çoxdur deyə həvəsdən düşməli deyilik.

"Sabah" braziliyalı futbolçu transfer edib

Rza Çalımbay: "Azərbaycanlılar türkləri qəbul etmirlər"

"Qarabağ" dünya reytinqində 5 pillə irəliləyib

Rahilin formasını geyindiyi komanda məğlub oldu

Cəlal oynadı, komandası qələbə qazandı

Seçilən
73
9
apasport.az

9Mənbələr