AZ

Premyer Liqa: Berdiyevdən “Turan Tovuz”la ilk qələbə

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada yerli “Turan Tovuz” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Tovuzlular ilk turda “Neftçi” ilə səfərdə bərabərə qalmışdılarsa (0:0), sumqayıtlılar evdə “Kəpəz”i 2:0 hesabıyla üstələmişdilər.

“Turan Tovuz”la “Sumqayıt”ın Premyer Liqada daha öncə keçirilmiş 8 oyununda tovuzluların cəmi 1, sumqayıtlıların 3 qələbəsi vardı. Qalan 4 oyunda sülh qeydə alınmışdı. “Sumqayıt” 6 qarşılaşma idi bu rəqibinə uduzmurdu. “Turan Tovuz” bütün ev görüşlərində qol vurmuşdu.

Bu qarşılaşmada isə Tovuz təmsilçisi qələbə qazanan tərəf olub. Bununla da əyalət təmsilçisinin baş məşqçisi Kurban Berdıyev “Turan Tovuz”un sükanı arxasında ilk qələbəsinə sevinib.

Premyer Liqa
2-ci tur
11 avqust

“Turan Tovuz” – “Sumqayıt” 1:0
Qol: Xəyal Nəcəfov, 34.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 18:45.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva.
Baş məşqçi: Samir Abasov.

Seçilən
43
1
arena.az

10Mənbələr