Ağsuda “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.
AzEdu.az-ın məlumatına görə, hadisə Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, o cümlədən üçü azyaşlı olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
Zərərçəkmişlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.