AZ

Makronun sözləri İsraillə Fransa arasında gərginlik yaratdı

İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib.Gununsesi.info -nun xəbərinə görə, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır.“HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, – E.Koen bildirib.Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: “Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik”.Qeyd edək ki, daha əvvəl E.Makron İsraili atəşkəsə çağırmışdı.Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.  Gununsesi.info 

Seçilən
144
13
gununsesi.info

3Mənbələr