AZ

"Biz Ukraynada uzunmüddətli savaşa hazır olmalıyıq..."

 
"Danışıqlar masası arxasında baş verənlərin döyüş meydanında baş verənlərlə qırılmaz əlaqəsi var..."
 
"Ukrayna 70 faiz müharibənin sonuna yaxınlaşıb..."
 
Almaniya kansleri və NATO-nun baş katibi Ukraynada uzunmüddəli müharibəyə hazır olmağa çağırış edib
 
Almaniya kansleri Olaf Şolts xəbərdarlıq edib ki, Ukraynada müharibə hələ uzun müddət davam edə bilər. Rusiyanın öz qoşunlarını çıxarmağa, qəsbkarlıq məqsədlərindən imtina etməyə hazır olduğunun əlamətləri yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.
 
Nəşr yazır ki, kansler əmindir ki, Rusiyanın Ukraynaya qarşı uzunmüddətli müharibəsinə hazır olmaq lazımdır.
 
"Biz bu savaşın çox uzun müddət davam etməsinə hazır olmalıyıq", - Şolts bəyan edib.
 
O, əlavə edib ki, döyüş əməliyyatları artıq Rusiya diktatoru Vladimir Putinin gözlədiyindən də uzun müddətdir davam edir.
 
Bu arada NATO-nun baş katibi Yens  Stoltenberq də Ukraynada müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırıb.
 
 
Onun sözlərinə görə, diktator Putinin döyüş meydanında qalib gəlməməsi üçün Ukraynaya daima dəstək göstərmək lazımdır.
 
O, bəyan edib ki, Ukraynada uzunmüddətli savaşa hazırlaşmaq və müdafiə qüvvələrinə dəstək vermək lazımdır.
 
Onun sözlərinə görə, müharibənin proqnozlaşdırılmayan olmasını yadda saxlamaq lazımdır.
 
"Uzun yola hazır olmaq lazımdır. Müharibələr təbiətinə görə proqnozlaşdırılmayandır. Bizim dəqiq bildiyimiz danışıqlar masası arxasında baş verənlərin döyüş meydanında vəziyyətlə qırılmaz əlaqədə olmasıdır", - o, bəyan edib.
 
Stoltenberq həmçinin əlavə edib ki, yalnız Ukraynaya davamlı və müntəzəm dəstək veriləcəyi təqdirdə Ukrayna suveren və demokratik dövlət kimi qalacaq.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının müharibənin dalana dirənməsi barədə məqaləsini şərh edərkən baş katib qeyd edib ki, vəziyyətin sadə olmayacağı həmişə aydın olub.
 
"Biz bilirdik ki, Rusiya aylarla minalar, tank səngərləri, çoxsaylı müdafiə mövqelərindən ibarət müdafiə xətləri hazırlayıb", - Stoltenberq deyib və əlavə edib ki, Ukrayna qoşunları "uğur qazanmağı və xeyli ərazilərini azad etməyi bacarıb".
 
Ukraynada savaş nə qədər davam edəcək - son xəbərlər
 
Xatırladaq ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak hesab edir ki, müharibə artıq 70 faiz öz sonluğuna yaxınlaşıb.
 
Bir sıra ekspertlər, həmçinin ukraynalı məmurlar dəfələrlə deyib ki, Ukraynada müharibə Vladimir Putin fiziki cəhətdən yox olmayınca bitməyəcək. Qeyd edilib ki, Rusiyada hakimiyyətdə "kollektiv Putindir".
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Ukraynada müharibənin nə zaman bitməsini dəqiq demək mümkün deyil.
 
O, qeyd edib ki, bizim hakimiyyət onu "tamamilə ədalətli" finala çatdıracaq. Podolyak əlavə edib ki, Rusiya tərəfi dövlətimizin vətəndaşlarının yaşadığı ağrını hiss edəcək.
Seçilən
766
39
moderator.az

10Mənbələr