AZ

Futzal: “Araz-Naxçıvan”ın ÇL oyunlarının hakimləri bəlli oldub

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə təmsil edən “Araz-Naxçıvan”ın oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələdə mübarizə aparacaq komandanın avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya) ilə keçirəcəyi matçları idarə edəcək referilər bəlli olub.

Hələlik yalnız qrup mərhələsinin son turunda baş tutacaq “Uddevalla” ilə qarşılaşmanın hakimləri müəyyənləşməyib.

UEFA Çempionlar Liqası
İlkin mərhələ
21 avqust

18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya)
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

22 avqust

18:00. “Sillamae Silla” (Estoniya) – “Araz-Naxçıvan”
Hakimlər: Daniel Stauber, Trayan Ençev, Pavel Tokareviç (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu
Hakim-inspektor: Timo Onatsu
UEFA nümayəndəsi: Andris Utinans

24 avqust

16:00. Uddevalla (İsveç) – Araz-Naxçıvan

Seçilən
52
13
arena.az

10Mənbələr