AZ

Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB – FOTO

Bakı-Quba yolunun Siyəzənin Zarat kəndindən keçən hissəsində-Beşbarmaq pirinin yaxınlığında inək avtomaşınla vurularaq yolun kənarına atılıb.

Hadisəni Bizim.Media əməkdaşı müşahidə edib və fotolarını lentə alıb.

Siyəzən İcra Hakimiyyətinin Zarat əarzi nümayəndəyi üzrə nümayəndəsi Vaqif Şahbazov saytımıza açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutandan sonra isə məsələnin Siyəzən Yol İdarəsi nin səlahiyyətində olduğunu bildirib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Siyəzən 2 saylı yol istismar MMC-dən Bizim.Media-ya bildirilib ki, hadisə barədə məlumatlıdırlar.

Sadəcə olaraq inək sahibinin tapılması üçün heyvanın cəsəfini yoldan götürə bilməyiblər.Amma az bir vaxtda cəsədi yoldan götürcəklərinə də söz verdilər.  

Qurumdan o da qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəasına görə magistral yola heyvan buraxan mal sahibləri buna görə məsuliyyət daşıyır:

“Çünki onlar heyvanını itirməklə yanaşı, həm də avtomobilə dəyən zərəri də aradan qaldırmalıdırlar. Üstəlik cərimə də olunurlar. Bu,səbəbdən heyvanın qiyməti 5000 olsa belə, sahibi səsini çıxarmır ki, cərimə olunmasın və zərərçəkənin avtomobilini təmir etdirməsin. Yəqin ki, faktı Dövlət Yol Polisi araşdıracaq. Biz də  belə mal sahiblərinin cəzalanmadını istəyirik ki, yollarda belə problem yaşamasınlar”, -deyə qurumdan bildirilib.


Aytəkin Alxaslı, Bizim.Media

Seçilən
904
2
bizim.media

10Mənbələr