AZ

"Paris-2024": Kotsoyevin fəndi fotomüsabiqənin qalibi oldu

Azərbaycan cüdoçusu Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarındakı fəndi əks etdirən foto müsabiqənin qalibi olub.

Sportnet.az xəbər verir ki, bu müsabiqəni Avropa Cüdo İttifaqı təşkil edib.

Azərbaycan cüdoçusunun 1/4 finalda israilli Peter Palçiklə görüşdə işlətdiyi fənd səsvermədə 1-ci yeri tutub. Bu şəkli Beynəlxalq Cüdo Federasiyasının (İJF) fotoqrafı Qabriela Sabeu çəkib. Olimpiya çempionumuz bu görüşdə ipponla qələbə qazanıb.

Qeyd edək ki, Zelim finalda İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.


Seçilən
299
7
sportnet.az

8Mənbələr