AZ

Qarabağda işğal dövründə ermənilər tərəfindən beş milyondan çox kitab fondumuz tamamilə məhv edilib - Nazir

Bu gün açılışında iştirak etdiyimiz Ümummilli Lider HeydərƏliyevin 100 illik yubileyi çərçivəsində 9-cu Bakı Beynəlxalq KitabSərgisinə Azərbaycan daxil olmaqla, 12 ölkədən 160-dan çoxnəşriyyatlar qatılıb. Bu bölgədə öz möhtəşəmliyi və məzmunzənginliyi ilə seçilən sərgilərdəndir.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasındaAzərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.

Azərbaycanda ədiblərə, yazarlara xüsusi diqqət və qayğınıngöstərdiyini bildirən nazir qeyd edib: “Beş gün davam edəcəksərgidə kitab nəşriyyatlarının, xüsusilə də mətbəələrintəqdimatları keçiriləcək. Uşaq ədəbiyyatına yönəlmiş maraqlıtəqdimatlar da sərgidə öz yerini tutur. Sərgi müddətində həmAzərbaycan, həm də xarici yazıçı və şairlərlə görüşlər keçiriləcək.Rusiya Federasiyası bu il tədbirdə fəxri qonaq qismində iştirakedir.

Sərginin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsindəkeçirilməsi rəmzi məna daşıyır. Çünki Ümummilli Lider hər zamankitaba, ədəbiyyata böyük önəm verib”.

Prezident İlham Əliyevin tapşırıqları və müvafiq sərəncamlarıilə kitab sənayesinin inkişafı istiqamətində çoxsaylı tədbirlərgörüldüyünü vurğulayan A.Kərimli bildirib ki, əsas məqsədlərdənbiri uşaq ədəbiyyatının təbliğ edilməsidir. “Azyaşlıların oxumədəniyyətinin formalaşmasına böyük önəm veririk. Azərbaycanın dilivə ədəbiyyatı çox zəngindir. Sevindirici haldır ki, texnolojiinkişafa, rəqəmsal dünyanın həyatımızın əsas tərkib hissəsinəçevrilməsinə baxmayaraq, klassik kitablarımız yenə də vətəndaşlartərəfindən böyük həvəslə oxunur”, - deyən nazir əlavə edib ki,Qarabağda işğal dövründə ermənilər tərəfindən Azərbaycanın mədənimülkiyyətinin tərkib hissəsi kimi beş milyondan çox kitabfondumuzun tamamilə məhv edilməsi ağrılıdır. Lakin bu gün Prezidentİlham Əliyevin rəhbərliyi ilə Qarabağda mədəni həyatcanlanmaqdadır.

Nazir, eyni zamanda, qeyd edib ki, bu sərgidə Qarabağ üçünkitabların toplanması və kitab fondunun zənginləşdirilməsiistiqamətində aksiyalar da həyata keçiriləcək.

Seçilən
222
12
az.trend.az

10Mənbələr