Lüksemburqda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisi ciddi problemlə üzləşib.Gununsesi.info sportinfo.az-a istinadən xəbər verir ki, Raul Hacıyev, Əsəd Əsədli və Nihat Mehrəliyev yığmadan kənarda qalıb.Onların heç biri qitə birinciliyinə aparılmayacaq. Buna səbəb AFFA-nın sənəd məsələsini həll edə bilməməsidir.Dünənə kimi hər yoldan keçən əcnəbiyə pasport paylayan federasiya bu dəfə əl-qolunu yanına sallayıb. AFFA-nın Gənclər və İdman Nazirliyi ilə apardığı atüstü danışıqlar uğursuz nəticələnib.Halbuki adını çəkdiyimiz futbolçular təmiz azərbaycanlıdır. Sadəcə, onlar xarici ölkələrdə doğulub. Vaxtilə dədə-babaları, ata-anaları burada yaşayıb.Bununla belə, AFFA və nazirlik pasport almalarına, Azərbaycan yığmasına kömək etmələrinə dəstək vermir.Stoper Raul Hacıyev hazırda Gürcüstanda “Rustavi”nin şərəfini qoruyur. Yarımmüdafiəçi Əsəd Əsədli Rusiyadan – “Krasnodar”dan gəlib və hazırda “Turan Tovuz”un düşərgəsində yer alıb.Daha bir orta sahə oyunçusu – Nihat Mehrəliyev isə Ukraynada həyata göz açıb və “Qarabağ”a cəlb olunub.Bu oyunçuların hamısı son vaxtlara kimi milliyə çağırılıb. Bir ildən artıq müddətdə keçirilən bütün toplanış və yoxlama görüşlərində iştirak ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta