AZ

"Neftçi" portuqaliyalı futbolçu aldı

“Neftçi” daha bir transferini reallaşdırıb.

Sportnet.az xəbər verir ki, "ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

Paytaxt klubunda 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.


Seçilən
1
30
sportnet.az

10Mənbələr