“Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır”.Gununsesi.info “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısındakı çıxışında deyib.O bildirib ki, indi əsas işlərimizdən biri də Fələstin üçün fondun yaradılmasıdır:“Biz bərqərar olacaq sülhün qorunması üçün təminat da daxil olmaqla, səy göstərməyə hazırıq. İlk qibləmiz olan “Məscidül-Əqsa”nın yerləşdiyi Hərəmi-Şərifin müqəddəsliyinin pozulmasına da ayıq-sayıq olmalıyıq. Qüds bizim qırmızı xəttimizdir. Arzumuz budur ki, Qüds əvvəlki günlərinə qayıtsın”.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta