AZ

"Sabah" - "Sent-Patriks" matçına nə qədər bilet satılıb?

“Sabah” və “Sent Patriks”arasında Konfrans Liqasının 3-cü mərhələsinin Masazırda keçiriləcək cavab oyununa (ilk oyun – 0:1) bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, indiyədək mümkün 8700 biletdən 3500-ü satılıb.

Biletlərin qiymətləri sektordan asılı olaraq 2, 4, 5 və 10 manatdı. Onları "iTicket.az" saytından onlayn və yaxın vaxtlarda görüşün keçiriləcəyi “Bank Republika Arena” stadionunun kassalarından əldə etmək mümkün olacaq.

“Sabah”- “Sent-Patriks” görüşü avqustun 15-də baş tutacaq və saat 20.00-da başlayacaq.

Seçilən
111
2
football-plus.az

3Mənbələr