K.Qafarov Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmalarının və bu istiqamətdə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “Bu gün Azərbaycan dövləti ölkənin zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Təsdiq olunmuş məlumatlara əsasən ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bu, çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir. Artıq dünyanın bir neçə aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər imzalanmışdır və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Beləliklə, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev sammit iştirkçılarının diqqətinə belə bir məqamı da çatdırdı ki, ölkəmizin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq və cəmi bir neçə ildən sonra həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsi faktı da ölkəmizin bərpaolunan enerji sahəsində çalışmalarının təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir” .
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta