AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu bombardirlər siyahısına başçılıq edir

Çempionlar Liqasının ilk üç təsnifat mərhələsinin ən yaxşı bombardirləri açıqlanıb "Qarabağ"ın hücumçusu Olavio Juninyo siyahıya başçılıq edib.
 
Moderator.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı hücumçusu 6 qola imza atıb. O bunu 4 oyunda gerçəkləşdirib.
 
Cənubi amerikalı cari mövsüm avrokubok matçlarını qolsuz tərk etmir. Juninyo "Linkoln"a (2:0, 5:0) əvvəl bir, sonra üç, "Ludoqorets"ə (1:2, 7:2) hər iki görüşdə bir top vurub.
 
Qeyd edək ki, bombardirlər cədvəlində ikinci olan "Klaksvik"in futbolçusu Arni Frederiksberq 5 dəfə fərqlənib.
 
 
 
 
 
Seçilən
79
6
moderator.az

7Mənbələr