AZ

Reuters: Həmas girovlarla bağlı danışıqları dayandırıb

HƏMAS Əl-Şifa xəstəxanasının atəşə tutulması və xəstəxananın elektrik enerjisi ilə təmin olunmadığı üçün əsir götürülən girovların azad edilməsi üçün danışıqların dayandırıldığını elan edib.

Marja xəbər verir ki, bu barədə Reuters agentliyinə girovlarla bağlı danışıqlarda iştirak edən fələstinli rəsmi məlumat verib.

Xəstəxana bu gecə, noyabrın 12-də intensiv atəşə məruz qalıb. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı xəstəxanadan komanda mərkəzi kimi istifadə etməkdə ittiham edir. Həmas silahlıları ittihamları rədd edir.

Məlumata görə, beş xəstə elektrik kəsilməsindən sonra oksigen çatışmazlığı səbəbindən reanimasiyada dünyasını dəyişib. Xəstəxanadan qaçmağa çalışan xəstələrin güllələndiyi, yaralandığı və ya öldürüldüyü barədə məlumatlar yayılıb.

İsrail Müdafiə Qüvvələri xəstəxanaya hücumları rədd edərək, Qəzzanın şərq hissəsinin nəqliyyat üçün açıq olduğunu bildirib. 

Seçilən
804
22
marja.az

9Mənbələr