AZ

"Ludoqorets"in baş məşqçisi "Qarabağ"la oyundan sonra istefaya göndərilib

Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli "Maç Teleqraf" nəşri məlumat yayıb.

Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.

Seçilən
126
14
operativmm.az

10Mənbələr