AZ

"Brayton" "Lids"ə 50 milyon avro ödəyəcək

Premyer Liqa təmsilçilərindən "Brayton" "Lids"in hücumçusu Jorginyo Rutterin transferi üçün sərbəst qalma məbləği ödəməyə qərar verib.

Apasport.az "Sky Sports"a istinadla xəbər verir ki, "Brayton" 50 milyon avro təzminat ödəməyə razılaşıb.

22 yaşlı Rutter "Brayton" tarixinin ən bahalı transferi olacaq.

Almaniyalı 2023-cü ilin yanvarında "Hoffenhaym"dan "Lids"ə keçib. Son Çempionatda Rutter 6 qol vurub, 15 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Brayton”un baş məşqçisi Fabian Hürzeler əvvəllər Almaniyanın gənclər yığmasında menecer köməkçisi olduğu müddətdə Rütterlə çalışıb.

"Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi

Ronaldinyonun oğlu karyerasını İngiltərədə davam etdirəcək

Modriç Karvaxalı ötdü

Lamin Yamalın atası bıçaqlanıb

"Real Madrid" tarixə keçdi

Seçilən
13
2
apasport.az

3Mənbələr