AZ

Abusətin meyiti 6 gün sonra tapıldı

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti tapılıb.

Bakupost.az FHN-in Mətbuat xidmətindən istinadən xəbər verir ki, Abusət Əliyevin meyiti qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Abusət Əliyev Vətən müharibəsinin iştirakçısıdır.
Seçilən
110
46
bakupost.az

10Mənbələr