
Bakı, 15 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşmada kollektivlər fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və İrlandiyanın “Sent Patriks” komandaları arasında matç başlayıb.
AZƏRTAC xəbər verir ki, “Əlincə” stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Xatırladaq ki, ilk görüşdə “Sabah” 1:0 hesabı ilə məğlub olub.