ABŞ yaxın həftələrdə Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Ağ evin rəsmisi qanadlı raketlərin tədarükündən söhbət getdiyini dəqiqləşdirməyib.
Daha əvvəl “Politico” qəzeti xəbər vermişdi ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı yekun qərar verilməsə də, JASSM uzaqmənzilli qanadlı raketlərin Ukraynaya ötürülməsi ideyasına açıqdır.
Mənbə: AZƏRTAC