AZ

Britaniya və ABŞ-dan "Husilər"ə ZƏRBƏ: ölənlərin sayı 73-ə çatdı

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı "Husilər"in “Ənsar Allah” hərəkatının nəzarətində olan Hudeyda əyalətindəki hədəflərə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.

Hərəkatın lideri Əbdül Malik əl-Husi ABŞ-ın təkcə bu həftə Yəmənə ən azı 10 hava hücumu həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, cari ilin yanvarından etibarən Britaniya və ABŞ qüvvələrinin nəqliyyat hədəflərini bombalaması nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Seçilən
101
3
publika.az

4Mənbələr