AZ

Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirən şəxs saxlanılıb

Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Seçilən
10
16
ilk.az

10Mənbələr