Oleksandr Usik və Tayson Fyuri arasında revanş görüşü dekabrın 21-də baş tutacaq.
Bu hadisə Səudiyyə Ərəbistanında gerçəkləşəcək. Bu barədə ölkənin Mədəniyyət və Əyləncə Baş İdarəsinin sədri Turki Əl-Şeyx məlumat verib.
Boksçular arasında ilk görüş mayın 19-u baş tutub. Ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizə 12 raund davam edib və hakimlərin qərarı əsasında Usikin qələbəsi ilə yekunlaşıb.