AZ

Somalidə daşqınlar nəticəsində 500 min insan evsiz qalıb

Somalidə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 500 min insanın evlərini tərk etməli olduğu bildirilib.

Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatına görə, yağışlar indiyədək 30-dan çox insanın ölümünə səbəb olub və 500 min insanı didərgin salıb.

Ölkənin cənub və mərkəzi rayonlarında çaylar daşmış, yolları və bir çox yaşayış məntəqələrini su basmışdır.

Bir milyondan çox insan daşqınla bağlı epidemiyalar və ərzaq çatışmazlığı riski ilə üzləşir.

Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdır.

Seçilən
171
11
aznews.az

9Mənbələr