AZ

İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Xəbər verildiyi kimi, cari ilin aprel ayının 9-da Xaçmaz rayonuYalama kənd kənd sakinləri 1963-cü il təvəllüdlü Aslan Tarıverdiyevvə 1965-ci il təvəllüdlü Rumayə Tarıverdiyevanın yaşadıqları evdəqəsdən öldürülmələri faktı ilə bağlı cinayət işinin ibtidaiistintaqı tamamlanıb.

Xaçmaz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib,məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəməfiziki-kimyəvi və digər ekspertizalar təyin edilib, tədqiqat üçün600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb, habeləçoxsaylı şahidlər dindirilib və digər prosessual hərəkətləraparılıb.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə1996-cı il təvəllüdlü Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olanpul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrəkbıçaqla müxtəlif xəsarətlər yetirməsi, cinayət əməlini gizlətmək vəcinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandıraraqonları öldürdükdən sonra hadisə yerini tərk etməsinə əsaslışübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ramin Ağaxanova Cinayət Məcəlləsinin120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətintörədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamahməqsədi və ümümi təhlükəli üsulla iki şəxsi öldürmə) və digərmaddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt AğırCinayətlər Məhkəməsinə göndəriliblər.

Seçilən
511
6
az.trend.az

10Mənbələr