AZ

"Dinamo"nun "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi bəlli olub

 

Sportnet.az xəbər verir ki, ölkə çempionunun əsas siyahısında 22 oyunçu yer alıb.

 

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, altısı yarımmüdafiəçi, altısı isə hücumçudur. 

 

Qapıçılar: 1. Daniel Zaqorats, 21. İvan Filipoviç, 33. İvan Nevistiç. 

Müdafiəçilər: 3. Takuya Oqivara (Yaponiya), 4. Raul Torrente (İspaniya), 6. Maksim Bernauer (Fransa), 13. Semi Mmae (Belçika), 18. Ronael Pyer-Qabriel (Fransa), 22. Stefan Ristovski (Şimali Makedoniya), 28. Kevin Teofil-Katrin (Fransa) 

Yarımmüdafiəçilər: 5. Ariyan Ademi (Şimali Makedoniya), 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 25. Petar Suçiç (Bosniya və Herseqovina), 27. Yosip Mişiç, 30. Marko Roq 

Hücumçular: 9. Bruno Petkoviç, 11. Arber Hodja (Albaniya), 17. Sandro Kulenoviç, 19. Xuan Xose Kordoba Zapata (Kolumbiya), 20. Marko Pyatsa, 77. Dario Şpikiç 

 

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək. 


Seçilən
14
25
sportnet.az

10Mənbələr