AZ

Millimiz məğlub oldu

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəyə başlayıb.

 

Sportnet.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ilk matçında Almaniyanın “Düsseldorf ZOOS” komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 8:21

 

Milli bu gün Ukrayna ilə də görüşəcək. Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

 

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.


Seçilən
0
12
sportnet.az

10Mənbələr