AZ

Salahdan yeni rekord

Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekorduna imza atıb.

 

Sportnet.az xəbər verir ki, “Liverpul”un misirli hücumçusu ilk turlarda “qol+ötürmə” sistemi ilə ən çox xal toplayan futbolçudur.

 

Salah I turlarda 9 qol və 5 ötürməyə imza atıb. Hesabında 14 xal olan afrikalı Ueyn Runini keçib. İngiltərə millisinin sabiq forvardı 13 dəfə fərqlənib.

 

Məhəmməd Premyer Liqada oynadığı müddətdə 1-ci turda daim qol və ya assistə imza atıb. Bu seriya 2017/18 mövsümündən başlayıb.

 

Qeyd edək ki, Salah “Liverpul”un “İpsviç”lə bugünkü oyununda qol və ötürmə ilə yadda qalıb. Bu, onun komandasına 2:0 hesablı səfər qələbəsi qazandırıb.


Seçilən
14
3
sportnet.az

4Mənbələr