AZ

"Turan Tovuz"dan qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

 

Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.

 

Qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə bitib - 3:0.

 

15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə Kristian da Silva fərqlənib.

 

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.

 

Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək.

 

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.


Seçilən
6
15
sportnet.az

10Mənbələr