AZ

Voleybol üzrə ordu birinciliyinə start verilib

Bakı,13 noyabr, AZƏRTAC

Voleybol üzrə ordu birinciliyinə start verilib. Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək birincilikdə müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 7 komanda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadasının idarə etdiyi voleybol üzrə ordu birinciliyi noyabrın 18-dək davam edəcək.

Yekunda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

 

Seçilən
121
6
azertag.az

7Mənbələr