AZ

Kapitan məşqçi kursuna qatıldı - Finlandiyada

“Baku Fire” futzal klubunun kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.

Sportnet.az xəbər verir ki, Finlandiyada təşkil olunan kursda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.

Kurs 3 mərhələdən ibarətdir. Avqustdan sonra növbəti seminar noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək.

Bu, futzal üzrə UEFA-nın təşkil etdiyi ən üst kursdur.


Seçilən
15
1
sportnet.az

2Mənbələr