AZ

Premyer Liqa: "Sabah" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Günün yeganə qarşılaşmasında "Neftçi" Zirə Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"la üz-üzə gəlib.

Matç "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 54-cü dəqiqədə Amin Seydiyev, 76-cı dəqiqədə isə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra "Sabah" turnir cədvəlində 4 xalla beşinci, "Neftçi" 2 xalla 7-ci pillədə qərarlaşıb.

Seçilən
21
50
anspress.com

10Mənbələr