AZ

Media: Pakistanda son ay yarımda leysan yağışlar nəticəsində 195 nəfər ölüb

Media: Pakistanda son ay yarımda leysan yağışlar nəticəsində 195 nəfər ölüb

İyulun 1-dən avqustun 17-dək Pakistanın müxtəlif bölgələrində yağan güclü yağışlar zamanı ölənlərin sayı 195 nəfər olub, daha 362 nəfər yaralanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Milli Fəlakət İdarəetmə İdarəsinin hesabatında yer alıb.

Məlumata görə, son 24 saat ərzində 7 sakin həlak olub. Daşqınlardan ən çox zərər çəkən əyalət Pəncabdır.

İyulun 1-dən indiyədək 2293 daşınmaz əmlak dağılıb, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.

Avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış yağacağı gözlənilir. Bu da bəzi bölgələrdə daşqınlara səbəb ola bilər.

Mənbə: AZƏRTAC

Seçilən
99
16
ilk.az

10Mənbələr