Sudanın Səhiyyə naziri Haysham Muhammed İbrahim yağışlı mövsümün başlaması ilə yayılan vəba epidemiyası səbəbindən 22 nəfərin öldüyünü açıqlayıb.
İbrahim xəstəliklə mübarizə aparmaqla yanaşı, sağlam içməli su ilə təmin etmək üçün müvafiq orqanlarla əlaqə saxladıqlarını və vəba peyvəndi ilə bağlı beynəlxalq ictimaiyyətlə əlaqə yaratdıqlarını bildirib.
Nazir İbrahim dövlət orqanlarını epidemiyalarla mübarizə üçün müdaxilələri artırmağa və ətraf mühitin sağlamlığına diqqət yetirməyə çağırıb.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta