AZ

Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib -FOTO

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

“İki sahil” Nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

İclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

Seçilən
133
7
ikisahil.az

9Mənbələr