Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.
Komanda.az xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların 2-ci Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.
Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda ədaləti qoruyub.
Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərstolüstü tennis
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta