Kişi voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Belçika oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, bu görüşdə serb və türkiyəli hakimlər iş başında olacaqlar. Avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək oyunun hakimləri Darko Saviç (Serbiya) və Yavuz Akdemir (Türkiyə) olacaq. Qeyd edək ki, Fərid Cəlalovun komandası bunadək Avstriyaya 0:3 hesabı ilə uduzub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta