AZ

Bernardo Silva ''Benfika''ya qayıtmaq istəsə də...

''Mançester Siti''nin aparıcı üzvlərindən olan Bernardo Silva vətəni Portuqaliya mətbuatına açıqlamalar verib. ''Benfika''nın yetirməsi olan, daha sonra 3 il ''Monako''da top qovan 29 yaşlı yarımmüdafiəçi 2017-dən bu yana ''Siti''nin şərəfini qoruyur.

Bernardo ''Benfika''ya qayıtmaq arzusunu gizlətməyib. Amma bunun baş tutma ehtimalının az olduğunu bildirib: '

"Bir gün ''Benfika''ya geri dönmək arzusunda olduğumu heç vaxt gizlətməmişəm. Təbii ki, geri dönmək əla olardı. Amma nəyin mümkün olub-olmadığını zaman içində görəcəyik. Daim bu məsələni gündəmdə saxlamaq istəmirəm. Çünki insanlar da yorulur. ''Siti'' ilə müqaviləm davam edir və buna hörmətlə yanaşıram. Reallıq budu ki, Portuqaliya futbolu maddi baxımdan İngiltərə, İspaniya, Almaniya və Fransa futbolu ilə rəqabət apara bilməz. Məsələn, mən indi durub ''Benfika''ya getmək istəsəm, mümkün olmayacaq. Çünki ''Siti'' haqlı olaraq mənə görə böyük pullar tələb edəcək. Son 4-5 ildə hər zaman dəyəri 50 milyon avronun üzərində olan bir futbolçu olmuşam. Reallıq belədi ki, bir Portuqaliya klubunun bu məbləği ödəməsi mümkün deyil''.

Hazırki dəyəri 80 milyon avroya bərabər olan Bernardo Silvanın ''şəhərlilər''lə 2026-ya qədər müqaviləsi var.

ƏLİ
Seçilən
50
football-plus.az

1Mənbələr