AZ

Peterburq limanına bu ölkədən 11 milyardlıq “hədiyyə” gəldi

Sankt-Peterburq limanında gömrükçülər və FSB əməkdaşları bir ton kokain olan konteyner ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Federal Gömrük Xidmətindən (FCS) məlumat verilib.

Qaçaqmalın 11 milyard rubl dəyərində olduğu bildirilir. Konteyner Nikaraquadan göndərilib.

Min briketdə qablaşdırılan narkotik maddə yük modulunun yuxarı hissəsində gizlədilib.

Mütəxəssislər ağ sıxılmış tozun kokain olduğunu müəyyən ediblər.

Seçilən
99
publika.az

1Mənbələr