Avropa İttifaqı ildə bir milyon mərmi istehsal etmək niyyətindədir, lakin Aİ ölkələri mart ayına qədər Ukraynaya söz verildiyi qədər mərmi çatdıra bilməyəcək.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndələri Yohanna Bernsel və Peter Stano bildirib.
“İllik istehsal bir milyona çatacaq, biz buna əminik”, – deyə Bernsel bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Aİ-nin bir il əvvəl vəd etdiyi kimi, 2024-cü ilin martına qədər Kiyevi bir milyon sursatla təmin edəcəyinə inam yoxdur.
Stano qeyd edib ki, Ukraynaya bir milyon döyüş sursatı vermək vədi “siyasi məqsəd”dir.