İdman 22:48 05.10.2022

Avropa çempionatında Azərbaycan komandaları ilk məğlubiyyətini aldı

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

Qaynarinfo xəbər verir ki, hər iki kollektiv III turda Rumıniyanın "Superbet" klubu ilə qarşılaşıb və uduzub. Bu, Azərbaycan təmsilçilərinin yarışda ilk məğlubiyyəti olub.