"Facebook" və "Instaqram" bu yay Avropada qadağan edilə bilər.
Qaynarinfo "The Independent”ə istinadən xəbər verir ki, "Meta” şirkətinə məxsus sosial şəbəkələrin bütün Avropada qadağan edilməsi təklif edilib.
İrlandiya Milli Məlumatların Mühafizəsi Komissiyası müəyyən edib ki, şirkətin irlandiyalı istifadəçilərin məlumatlarını ABŞ-da yerləşən serverlərə ötürmək hüququ yoxdur.
İrlandiya Rusiyadan nümunə götürərək Avropa ölkələrini "Meta”nı qadağan etməyə dəvət edib.
Nəşrin məlumatında qeyd edilir ki, əgər ölkələr razılaşarsa, o zaman Feysbuk və İnstaqram sosial şəbəkələri bu yay Avropa İttifaqında bloklana bilər.
Xəyal Abdullayev
Şərhlər