Foto 16:10 08.09.2022

AY Partiyanın rəhbərliyində yeni təyinatlar

Yeni dövrə qədəm qoyan Azərbaycan Yüksəliş Partiyasında struktur dəyişikliyindən sonra bir sıra təyinatlar həyata keçirilib.
 
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin müvafiq sərəncamlarına əsasən, ictimai xadim, tibb üzrə fəlsəfə doktoru, uzman həkim Vasif İsmayıl Başqanın Beynəlxalq məsələlər üzrə müavini, tanınmış peşəkar jurnalist İlhamə Rəsul Başqanın Media məsələləri üzrə müşaviri, gənc aktivist, proqram təminatı mütəxəssisi Fuad Gülməmmədov Gənclər Təşkilatının sədri təyin edilib.
 
Bundan başqa, Partiya strukturunda aparılan islahatlardan sonra Aqil Dadaşzadə İcra Aparatının rəhbəri, Gülşən Hacıyeva Başqanın İnsan haqları və QHT-lər üzrə müavini, Sevinc Fədai Başqanın Humanitar, ailə və uşaq məsələləri üzrə müavini, Rəşad Bakuvi isə Başqanın İqtisadi məsələlər üzrə müavini postundan azad edilərək, Siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.