Ölkə 19:07 27.10.2022

Azərbaycan 10 erməni hərbçinin meyitini təhvil verdi

Azərbaycan Ermənistanın 10 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O, digər detalları açıqlamayıb və əlavə edib ki, meyitlər ekspertizaya göndərilməlidir.

Qeyd edək ki, bundan əvvəl 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.