Siyasət 18:40 04.10.2022

Azərbaycan daha 17 erməni hərbçini geri qaytardı  (SİYAHI/YENİLƏNİB)

Azərbaycan daha 17 erməni hərbçini geri qaytarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik geri qaytarılan hərbçilərin adlı siyahısını yayıb

1. Mkrtçyan Şagen Ovhannesoviç

2. Jilavyan Karen Sarkisoviç

3. Karapetyan Erik Qarikoviç

4. Karapetyan Sasun Qraçikoviç

5. Oveyan Mesrop Arturoviç

6. Mxitaryan Vrej Qoroviç

7. Karapetyan David Armenoviç

8. Gevorkyan Rafael Aramoviç

9. Faroyan Aleksandr Surikoviç

10. Kubatyan Hraçya Edvardoviç

11. Gijlaryan Vahe Artakoviç

12. Yeqanyan Kajik Aramaisoviç

13. Şahinyan Tiqran Edqaroviç

14. Qriqoryan Sereja Abramoviç

15. Etumyan Vaaqn Albertoviç

16. Xaçatryan Qor Aramoviç

17. Henrik Sayadyan

*** 
Azərbaycan daha 17 erməni hərbçini geri qaytarır.

APA xəbər verir ki, bu barədə "Канал огней" Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarır.

Məlumata görə, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.

Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.

Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bir neçə dəfə saxlanılan erməni hərbçiləri geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib. Belə ki, Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bundan başqa, Ermənistanın son təxribatından sonra isə ümumilikdə 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.