Ekonomiks 09:18 06.10.2022

Azərbaycan neftinin qiyməti 98 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,7% və ya 1,65 ABŞ dolları artaraq, 98.37 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin oktyabr fyuçersləri 93,37 ABŞ dollara satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.