İdman 09:46 20.08.2022

Azərbaycan Premyer Liqasında bu gün daha bir matç keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turunda daha bir oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq. "Sabah" "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək. Turnir cədvəlində ilk iki pilləni bölüşdürən komandaların 6 xalı var. 

Paytaxt təmsilçiləri bunadək ölkə çempionatında 15 dəfə üz-üzə gəliblər. "Sabah" 1, "Neftçi" isə 12 oyunda qələbəyə sevinib. 2 görüşdə qalib müəyyənləşməyib. Top fərqi də "Neftçi"nin xeyrinədir - 28:8. "Neftçi” bütün oyunlarda qol vurub. "Sabah” evdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, 3-cü tur:

20 avqust

20:30. "Sabah" – "Neftçi"
 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

Turun ilk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.
 
"Şamaxı" - "Səbail" 1:1
 
Avqustun 21-də "Kəpəz" "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.
 
"Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb.
 
Səbuhi Həsənov